"İKT-nin imkanlarından maksimum səviyyədə yararlanmalıyıq". "İKT-nin imkanlarından maksimum səviyyədə yararlanmalıyıq".

Cahid İsmayıloğluna yeni vəzifə verildi

"İKT-nin imkanlarından maksimum səviyyədə yararlanmalıyıq".

Xəbər verildiyi kimi bu gün Cahid İsmayıloğlu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni yaradılan İnformasiya texnologiyaları və təchizat sektorunun müdiri təyin olunub.

Bu təyinatı ilə bağlı o, AzNews.az-a açıqlama verib.

Cahid İsmayıloğlu diaspor quruculuğu istiqamətində ideyaların bol olduğunu deyib:

"Dövlət Komitəsinin məşğul olduğu obyekt və hədəflər ölkə hüdudlarından xeyli uzaqdadır, sayı isə milyonlarladır. Buna görə də İKT-nin imkanlarından maksimum səviyyədə yararlanmalıyıq, daha dəqiq desəm, bu, artıq çoxdan zərurətə çevrilib.

Diaspor təşkilatları və xaricdə yaşayan azərbaycanlılarla bağlı fərqli ideya və planlarımız var. Hazırda texniki planlaşdırmalar aparılır. Onu da diqqətə çatdırım ki, bütün bu innovativ ideyaların gerçəkləşdirilməsi üçün lazım olan müasir texniki imkanlar və kadr potensialı Diasporla İş üzrə Dövlət Komitəsində mövcuddur”.

C.İsmayıloğlu sonda diaspor quruculuğu istiqamətində məsuliyyətli işdə göstərilən etimadı doğrultmağın əsas vəzifəsi olacağını deyib.

Əsmər Qabil

AzNews.az