"Hələlik heç bir yerə təyinat almamışam" "Hələlik heç bir yerə təyinat almamışam"

İşdən çıxarılan polis rəisi danışdı: “Hacı Mazanın oğlu olmağımla həmişə fəxr etmişəm”

"Hələlik heç bir yerə təyinat almamışam"

İşdən çıxarılan Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunması ilə bağlı açıqlama verib.

Polis polkovniki Bayram Zeynalov AzNews.az-a bildirib ki, “Cənab nazirin əmri ilə sərəncama götürülüb. Daim işində dövlətə, dövlətçiliyə sədaqətli olub. Hələlik heç bir yerə təyinat almayıb”.

"Hacı Mazanın oğlu kimi tanınırsız" sualına isə Zeynalovun cavabı belə olub:”Kim atası ilə fəxr eləmir ki? Mən də Hacı Mazanın oğlu kimi həmişə atamla fəxr etmişəm”.

Xatırladaq ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi Bayram Ramazan oğlu Zeynalov Daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Bayram Zeynalov "Hacı Mazan" kimi tanınan iş adamının oğludur.

Azər
AzNews.az