Muxtar Mustafayev Azərbaycanda vəkillik fəaliyyətinin cari vəziyyəti barədə məlumat verib. Muxtar Mustafayev Azərbaycanda vəkillik fəaliyyətinin cari vəziyyəti barədə məlumat verib.

Azərbaycanlı vəkillər Rusiyada konfransda çıxış ediblər - FOTOLAR

Muxtar Mustafayev Azərbaycanda vəkillik fəaliyyətinin cari vəziyyəti barədə məlumat verib.

Rusiya Federasiyasının Vəkillər Palatasının təşkilatçılığı ilə XIII İllik elmi-praktik konfrans keçirilib.

AzNews.az xəbər verir ki, "Vəkillik, dövlət və cəmiyyət" mövzusuna həsr olunan konfransda Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri Muxtar Mustafayev və Sima Yaqubova da iştirak ediblər.

M.Mustafayev Azərbaycan Respublikasında vəkillik fəaliyyətinin cari vəziyyəti barədə məlumat verib. O, aparılan müsbət islahatlar, eləcə də Prezident İlham Əliyevin 22.02.2018 tarixli sərəncamı barədə ətraflı çıxış edib.

Konfransın açılışında Rusiya Federasiyası Vəkillər Palatasının sədri Yuri Sergeviç Pilipenko azərbaycanlı vəkilləri konfrans iştirakçılarına xüsusi olaraq təqdim edib və Azərbaycanda vəkillik sahəsində son 1 ildə nəzərə çarpan inkişafı diqqətə çatdırıb. Xüsusilə də M.Mustafayevə vətəninə, tarixinə hədsiz bağlı olduğu üçün böyük hörmət hissi duyduğunu bildirib.

AzNews.az

image description image description image description image description