İŞİD-in mətbuat katibi Ö.Y-nin verdiyi izahat diqqət çəkib. İŞİD-in mətbuat katibi Ö.Y-nin verdiyi izahat diqqət çəkib.

İŞİD-in Cübbəli Ahmet Hocaya sui-qəsd planı üzə çıxdı

İŞİD-in mətbuat katibi Ö.Y-nin verdiyi izahat diqqət çəkib.

İŞİD terror təşkilatının Cübbəli Ahmet Hoca olaraq tanınan Ahmet Mahmut Ünlünün evinə drone ilə bombalı hücum hazırladığı planı ortaya çıxıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu İŞİD terror təşkilatına üzv olması səbəbi ilə yaxalanan 12 nəfər haqqında iddianamə tərtib edib.

Hazırlanan iddianamədə Ankara Cümhuriyyət Baş Prokurorluğunda izahatı alınmış İŞİD-in mətbuat katibi Ö.Y-nin verdiyi izahat diqqət çəkib.

Ö.Y-nin izahatında İŞİD terror təşkilatının şübhəlisi S.S-nin Türkiyədə hadisə törədə biləcəyini deyib. Polislər tərəfindən aparılan araşdırmalar nəticəsində şübhəlinin telefon zəngləri və mesajlarında İŞİD-ə aid ismarıclar tapılıb. Ö.Y-nin S.S Cübbəli Ahmet Hoca olaraq tanınan Ahmet Ünlü haqqında sui-qəsd planını ona danışdığını bildirərək “İki dostu ilə ‘drone’ istifadə edərək qruplaşma tərəfindən müəyyənləşdiriləcək bir hədəfə hücum etməli olduqlarını xatırlayıram” deyib.

Terror təşkilatına üzv olma maddəsindən cəzalandırılmaları tələb edilən şübhəlilər İstanbul Ağır Cəzalar məhkəməsinə çıxarılacaq.

Nigar CƏFƏR

AzNews.az