"Kitabı vergidən azad etmək, Azərbaycanda kitaba dönüş hərəkatını başlada bilər" "Kitabı vergidən azad etmək, Azərbaycanda kitaba dönüş hərəkatını başlada bilər"

“Kitab və jurnalların üzərindən əlavə dəyər vergisi götürülsün” - Deputatdan çağırış

"Kitabı vergidən azad etmək, Azərbaycanda kitaba dönüş hərəkatını başlada bilər"

“Azərbaycanda kitab və jurnalların üzərindən əlavə dəyər vergisinin götürülməlidir”.

AzNews.az xəbər verir ki, bu təklifi millət vəkili Fazil Mustafa Türkiyədə kitab və jurnalların üzərindən əlavə dəyər vergisinin götürülməsi ilə bağlı danışarkən irəli sürüb. O, qeyd edib ki, bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırıb:

“İndi də faydalı nümunə yarandığına görə mövzunu təkrar gündəmə gətirəcəyəm. Fikrimcə, dövlət siqaretdən, spirtli içkidən istədiyi qədər gəlir götürə bilər, çünki hər ikisi zərərli, faydasız və xəstəlik mənbəyidir. Canının dəyərini bilməyənlər bəlkə pulunun dəyərini anlayıb bu məhsullara boğazlarından kəsib vəsait xərcləməsinlər. Ancaq dünyada ən az mütailəsi olan toplumlardan biri olduğumuza görə kitab və jurnallara əlavə dəyər vergisi şamil olunmamalıdır. Nəşriyyatlarımızı gücləndirmək, tərcümə sektorunda sağlam rəqabət yaratmaq lazımdır ki, dünyadakı tərəqqini anında izləməmiz mümkün olsun. Son vaxtlar Bakıda yaxşı dizayn olunmuş kitab mağazalarının açılması bizləri sevindirməyə bilməz”.

Deputat bildirib ki, Azərbaycanın Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba digər böyük şəhərlərində hələ də beynəlxalq standartlara uyğun kitab mağazaları yoxdur:

“Kitabxanalarımızın da durumu ürəkaçan deyil. Kitabı vergidən azad etmək, Azərbaycanda kitaba dönüş, mütailəyə vərdiş hərəkatını başlada bilər. Bu qərar Türkiyənin gələcəyi üçün olduqca müsbət nəticələr vəd edir, bizdə nədən olmasın? Bizi gələcək düşündürmürmü?”

AzNews.az