"Yox, “bəy” alınmaz. Bizlər imkan vermərik”. "Yox, “bəy” alınmaz. Bizlər imkan vermərik”.

İsgəndər Həmidovun yaşına yaraşmayan yalanları ifşa olundu - Arzuman Abdulkərimov

"Yox, “bəy” alınmaz. Bizlər imkan vermərik”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun yenidən polis tərəfindən saxlanılması barədə xəbərlər yayılıb.

AzNews.az xəbər verir ki, iddiaya görə, hadisə fevralın 12-də Qazax rayonunda baş verib. Yayılan xəbərlərlə bağlı fikirlərini Newscenter.az-a bölüşən əslən Qazaxdan olan, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov deyib ki, sabiq daxili işlər naziri İsgəndər Həmidovun Qazaxa gedərək orada yoxa çıxması ilə bağlı məlumatla o da tanış olub.

İctimai Birlik sədri onu da qeyd edib ki, bu məlumat bir qazaxlı və eyni zamanda ictimai fəal kimi onun diqqətini çəkməyə bilməzdi:

“Açığını deyim ki, ilk andaca bunun dezinformasiya və təxribat olduğunu düşündüm. Elə də oldu. Bir müddət sonra İsgəndər Həmidov video müraciət paylaşaraq Qazaxa getdiyini elan etdi, sürücüsünü və onu müşaiyət edən Murad (Qazax sakini olduğu bildirilir) adlı birinin polisə aparılaraq təhqir və təzyiqlərə məruz qoyulduğunu bildirdi. Eyni zamanda üzünü xaricdə yaşayan ”söyüşcül vətənsizlərə” tutaraq xarici dövlətlərdən bu insanların azad olunması barədə dəstək istəmələrini xahiş etdi”.

Arzuman Abdulkərimovun sözlərinə görə, araşdırmaları zamanı məlum olub ki, “bəy” yaşına yaraşmayan yalanlar danışıb:

“Nə onun sürücüsü, nə də Murad adlı şəxs polisə aparılıb və hər hansı təzyiqlərə məruz qalmayıb. Sadəcə Həmidova elə gəlirmiş ki, onu Qazaxda çox möhtəşəm qarşılayacaqlar. Onun düşündüyünün əksinə olaraq Qazaxda onu bir-iki adam qarşılayıb. Belə olduğu halda öz pərtliyini gizlətmək üçün yalan məlumatlar yaymağa başlayıb. Əslində başqa cür ola da bilməzdi. Çünki qazaxlılar ağı qaradan seçməyi bacarırlar. Kimin nə yuvanın quşu olduğunu bilirlər. Əninəm ki, qazaxlılar gələcəkdə də bu insanların məkirli planlarını pozacaqlar. Keçək məsələnin digər tərəfinə, bildiyimiz kimi Qazax sərhəd rayonu olaraq həssas bölgədi. Niyə məhz Qazaxı seçirsiniz?. Yeri gəlmişkən, son zamanlar xaricdə məşkunlaşan söyüş şəbəkəsinin üzvü, Qazax hərbi hissəsinin keçmiş komandiri İsa Sadıqov da Qazaxla bağlı bəzi replikalar atır. Təxribat yaradaraq ermənilərin əlinə fürsət vermək istəyirsiniz? Yox, “bəy” alınmaz. Bizlər imkan vermərik”.

İctimai Birlik sədri onu da deyib ki. özünə millətçi deyən şəxs xarici dövlətdən dəstək istəməz:

“Amma nə edəsən, çünki Azərbaycan xalqının içərisində bütün dayaqlarınızı itirmisiniz. Ona görə də ümidiniz xarici güclərə qalıb. Özünüzə yığışın”.

AzNews.az