Xırda məişət hadisəsini milli münaqişə kimi təqdim etmək olmaz. Xırda məişət hadisəsini milli münaqişə kimi təqdim etmək olmaz.

"Belə hallar iki xalqın dostluq əlaqələrinə xələl gətirə bilməz"

Xırda məişət hadisəsini milli münaqişə kimi təqdim etmək olmaz.

Fevralın 15-də Moskvadakı "Neolit" kafesində baş verən hadisə heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz. Azərbaycan və çeçen xalqı arasında tarixin çox dərinliklərindən gələn və çoxsaylı sınaqlardan keçən dostluq və qardaşlıq münasibətləri mövcuddur. Bu münasibətləri heç kəs sarsıda, zərbə vura bilməz".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, ən yaxın siyasi tariximizin çətin dövrlərində də bir daha sübut olundu ki, çeçenlər və azərbaycanlılar əcdadlarımızdan bizə miras qalan dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər:

"Şimali Qafqaz münaqişəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirməli oldu, Azərbaycanlılar da Şimali Qafqazda yaşayan çoxsaylı xalqlarla ənənəvi dostluq münasibətlərini daima inkişaf etdirərək diqqət mərkəzində saxladı. Bunun ən bariz nümunələrindən biri də Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq çərçivəsində Şimali Qafqaz xalqları ilə əmkdaşlıq münasibətlərimizin daha da dərinləşməsidir və Azərbaycan Prezidenti bu münasibətlərə böyük diqqət göstərir. Elə Çeçenistan Prezidenti Ramzan Kadırov da daxil olmaqla qonşu subyektlərin hamısının rəhbərlərilə Azərbaycanın xüsusi münasibətləri var. Elə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da hadisəni hökumətin adından şərh edərkən haqlı olaraq bildirdi ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Doğrudan da xırda məişət hadisəsini milli münaqişə kimi təqdim etmək olmaz".

Deputat vurğuladı ki, biz elə Azərbaycanlıların da öz aralarında münaqişə zəminində Moskvada və Rusiyanın digər yerlərində bir-birinə xətər yetirdiyi, hətta ölümlə nəticələnən cinayət hadisələri törətdiklərini bilirik:

"Ancaq mən məsələnin bir başqa aspektinə də diqqəti yönəltmək istəyərdim. Bu məişət hadisəsinə milli münaqişə rəngi verməkdə maraqlı olan üçüncü qüvvələr ola bilər. Məsələnin xoşagəlməz tərəfi də budur. Bir müddət əvvəl Qazaxıstanda baş verən hadisə zamanı erməni mənşəli cinayətkar sadəcə cinayəti törətməklə kifayətlənməmiş, qardaş qazax xalqının milli hissərini də təhqir etmişdi. Mümkündür ki , erməni lobbiçiləri həmin hadisəni öz xeyirlərinə kompensasiya etmək üçün bu hadisəni şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlı olsunlar və Rusiyadakı əlaqələrindən bu məqsədlə istifadə etsinlər. Ona görə də belə məsələlərdə diqqətli olmalı hadisənin məişət zəminindən kənar təqdim edilməsinə yol verməməliyik".

Elgün

AzNews.az