"Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir". "Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir".

“Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir” - Əli Əhmədov

"Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir".

Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə iqtisadi layihələr iki ölkənin qardaşlığını daha da gücləndirir.

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda səfərdə olan bir qrup üzü ilə görüşündə deyib.

Ə.Əhmədovun sözlərinə görə, Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir:

"Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir. Eyni hissləri biz Türkiyəyə gedəndə yaşayırıq. Türkiyə -Azərbaycan dostluğunun əsası Heydər Əliyev zamanında qoyulub".

Baş nazirin müavini qeyd edib ki, hazırda Türkiyə dünyanın ən güclü ölkələrindən birinə çevrilib.

Onun sözlərinə görə, Türkiyə gələcəyi parlaq ölkələrdən biridir:

"Biz bundan qürur duyuruq. Türkiyə ilə yanaşı Azərbaycan da güclənir. Bu iki ölkənin gücü onların möhtəşəmliyini daha da artırır. Güman edirəm ki, Türkiyə də Azərbaycanın inkişafından qürur duyur. Bu iki ölkənin qardaşlıq əlaqələrinin qarşısını almaq mümkün olmayacaq".

Ə.Əhmədov Türkiyədən daha çox vətəndaşların Azərbaycana səfər etmək istədiklərini də açıqlayıb.

O bildirib ki, Türkiyənin mənsub olduğu bölgədə narahatlıqlar olsa da, Türkiyə öz əhalisinin sabit durumda yaşamasını təmin edir.

Ə.Əhmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Tükiyənin göstərdiyi səylər ən böyük dəstəkdir.(trend.az)

AzNews.az