Anar Kərimov əmək fəaliyyəti dövründə müxtəlif qurum və təşkilatlarda hüquqşünas olaraq çalışıb. Anar Kərimov əmək fəaliyyəti dövründə müxtəlif qurum və təşkilatlarda hüquqşünas olaraq çalışıb.

Vəkillər Kollegiyası nazir müavini təyin olunan üzvünü təbrik etdi

Anar Kərimov əmək fəaliyyəti dövründə müxtəlif qurum və təşkilatlarda hüquqşünas olaraq çalışıb.

Xəbər verdiyimiz ki, Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamında bildirilir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyanın üzvü Anar Kərimovu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Anar Kərimov əmək fəaliyyəti dövründə müxtəlif qurum və təşkilatlarda hüquqşünas olaraq çalışmış, Xarici İşlər Nazirliyində, Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində, İqtisadi İnkişaf Nazirliyində, o cümlədən özəl sektorda rəhbər vəzifələrdə işləyib.

O, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan-İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində Hüquq fakültəsinin ingilisdilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib.

AzNews.az