İlk dəfə deyil ki, bu cür sərgilərdə Dağlıq Qarabağ nümayəndələri də iştirak edir. İlk dəfə deyil ki, bu cür sərgilərdə Dağlıq Qarabağ nümayəndələri də iştirak edir.

"Dağlıq Qarabağ separatçılarını tərəf kimi bizə sırımağa çalışırlar"

İlk dəfə deyil ki, bu cür sərgilərdə Dağlıq Qarabağ nümayəndələri də iştirak edir.

25-28 fevral tarixlərində Moskvada "CPM – Collection Premiere Moscow” adlı irimiqyaslı sərgi keçiriləcək. Tədbirdə iştirak üçün təşkilatın saytında (pm-moscow.com) və ya birbaşa olaraq https://service.md-rus.ru/anketa.php saytında qeydiyyatdan keçmək lazımdır.

Saytda bilet sifariş vermək istəyən zaman əlaqə məlumatları bölməsində (ölkələrin göstərildiyi bənddə) "Dağlıq Qarabağ Respublikası” adı peyda olur. Halbuki tədbirin keçirildiyi ölkə, yəni Rusiya Federasiyası, dünyanın digər ölkələri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, bu kimi hadisələr heç də təsadüfi deyil:

"Çox təəssüf ki, Rusiyanın separatçılara dəstəyi, simpatiyası davam edir. Bu istiqamətdə Dağlıq Qarabağ separatçıları da istisna deyil. Götürək, Rusiya xairici işlər naziri Sergey Lavrovun dünənki açıqlamasını, yenə də deyir ki, tərəflər özləri razılığa gəlsin, dialoqu davam etdirsinlər. Sanki Dağlıq Qarabağ separatçılarını da tərəf kimi bizə sırımağa çalışırlar. İlk dəfə deyil ki, bu cür sərgilərdə Dağlıq Qarabağ nümayəndələri də iştirak edir. Yaxud dəfələrlə olub ki, Rusiyadan Dağlıq Qarabağa səfərlər edilib, Ermənistanda Azərbaycan əleyhinə fikirlər söylənilib. Təəssüf ki, bu gün Rusiya siyasətində bunları görürük. Baxmayaraq ki, sözdə deyirlər Azərbaycan qonşumuzdur, strateji tərəfdaşımızdır, amma Azərbaycanın ərazi bütövlüyünə mənfi istiqamətdə yönələn təhlükələri ortadan qaldırmırlar, əksinə bu təhlükələrə müxtəlif formalarda dəstək verirlər".

Politoloq vurğuladı ki, Azərbaycanın Moskvadakı səfirliyi bu məsələ ilə bağlı dərhal hərəkətə keçməlidir. Rusiya XİN-ə nota göndərməklə xəbərdarlıq etməlidir ki, bunun qarşısı alınsın:

"Əgər qarşısı alınmasa, Dağlıq Qarabağ nümayəndələri çox rahat şəkildə o sərgidə iştirak edəcəklər. Bu da bir daha Rusiya hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünə qarşı olan mövqeyindən xəbər verəcək".

Qeyd edək ki, sözügedən sərgi Almaniyanın "Messe Düseldorf Moskva” MMC şirkəti və "İgedo Company” şirkəti tərəfindən təşkil olunur. CPM sərgisi Rusiyanın paytaxtı Moskvada ildə iki dəfə keçirilir. Ekspo mərkəzdə keçirilən sərgidə "CPM Premium”, "CPM accessoires shoes” və "CPM Body Beach” seqmentlərində yaradılmış 1418-ə yaxın kolleksiya ilə tanış olmaq üçün 21 min nəfərdən çox (sahə ilə əlaqəsi olan) qonaq iştirak edir. Beynəlxalq tədbiri səkkiz televiziya və radio kanalı və təxminən 300 beynəlxalq jurnalist işıqlandırır.

Aldığımız məlumata görə, məsələ barədə Azərbaycanın Rusiya və Almaniyadakı səfirlikləri məlumatlandırılıb. Həmçinin, Rusiyadakı diaspor təşkilatlarının nəzərinə çatdırılıb. Azərbaycan XİN-nin mətbuat xidməti məsələni araşdırıb, qısa zamanda məlumat verməyə söz verib.

Elgün
AzNews.az