Paşayeva ilin işgüzar xanımı seçildi

Millət vəkili Qənirə Paşayeva “İlin İşgüzar Xanımı” mükafatına layiq görülüb.

Millət vəkili 8 mart Qadınlar Günü münasibəti ilə təşkil olunmuş tədbirdə qanunverici orqanda, Azərbaycanın xaricdə tanıdılmasında, ölkə tarixi, mədəniyyəti və Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynadığına görə mükafatlandırlıb.

Millət vəkili onu bu mükafata layiq gördükləri üçün təşkilatçılara təşəkkürünü bildirib.

Q.Paşayeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyilə Azərbaycanda cəmiyyətin bütün sahələrində qadınların rolu artır.

Deputat qadınlara hər sahədə daha da böyük uğurlar diləyib:

“Hər birimizin və bütün qadınlarımızın ən böyük arzusu odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımız işğaldan azad edilsin. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik və inşallah Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl torpaqlarımızda da bayramları qeyd edəcəyik. Bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm”.(kult.az)

AzNews.az