Bu gün - martın 21-i Beynəlxalq Daun Sindromu Günüdür. Bu gün - martın 21-i Beynəlxalq Daun Sindromu Günüdür.

Bu gün Beynəlxalq Daun Sindromu Günüdür

Bu gün - martın 21-i Beynəlxalq Daun Sindromu Günüdür.

İlk dəfə İspaniyanın Balear adaları Muxtar Respublikasının paytaxtı Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq Simpoziumda Avropa və Ümumdünya assosiasiyalarının təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromu Günü elan olunub.

Daun sindromlu uşaqlarda məhdud anlama bacarığı problemi var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlur. Onların immunitetləri də zəif olur və bu uşaqlar qulaq, göz infeksiyalarına meyillidirlər. Amma Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür. Daun sindromu ilə doğulan məşhur aktyorlar, rəssamlar və digər sənət sahibləri var.

Daun sindromu 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) nəticəsində yaranan xəstəlikdir. Sindrom 1866-cı ildə aşkar edilib. İngilis həkimi Con Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb.

Daun irsi xəstəlikdir və xəstəlik uşağa yalnız anadan keçir. Bu sindroma, əsasən, 35 yaşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. 35-40 yaşlı hər 400 qadından 1-i Daun sindromlu uşaq dünyaya gətirə bilər. 40-45 yaşlı hər 80 qadından 1-inin övladı Daun sindromlu doğula bilər.

Dünyaya gələn hər 700 uşaqdan birində bu sindromun əlamətlərinə rast gəlinir.(report)

AzNews.az