"Notr-Dam kilsəsini 20 il əvvəl gördüm və möhtəşəmliyinə heyran oldum" "Notr-Dam kilsəsini 20 il əvvəl gördüm və möhtəşəmliyinə heyran oldum"

"Təəssüf ki, onu qoruya bilmədilər"

"Notr-Dam kilsəsini 20 il əvvəl gördüm və möhtəşəmliyinə heyran oldum"

“Parisdə XII əsrə aid Notr-Dam kilsəsində baş verən dəhşətli yanğından çox mütəəssir oldum”.

AzNews.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə Fransada Notr-Dam kilsəsində baş verən yanğını şərh edərkən deyib.

O bildirib ki, 850 yaşı olan kilsə tək fransız xalqının deyil, ümumilikdə bəşəriyyətin çox qiymətli bir sərvəti idi:

“İlk dəfə mən onu 20 il əvvəl gördüm və möhtəşəmliyinə heyran oldum. Əsas heyranlığım isə onun müxtəlif hökmdarlar dövründə daha da əzəmətli edilməsi üçün böyük işlərin görülməsi idi. Təəssüf ki, onu qoruya bilmədilər. Bu gün bütün dünya fransız xalqının bu ağır dərdinə şərik olur”.

Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarınında da dünya mədəniyyətinin inciləri olan minlərlə abidələr vardır: “Çox təəssüflər ki, Fransa cəmiyyətinin bir hissəsi işğala və Ermənistan tərəfindən mədəniyyət abidələrimizin dağıdılmasına biganə qaldı, bəzi hallarda isə işğalçıları müdafiə etdi. Mədəniyyəti isə varvarlıq və etinasızlıq məhv edir”.

Bahar RÜSTƏMLİ

AzNews.az