"Hər kəs etdiyinin cəzasını almalıdır" "Hər kəs etdiyinin cəzasını almalıdır"

“Erməniləri yalandan uzaq durmağa çağırıram” - Türkiyə səfiri

"Hər kəs etdiyinin cəzasını almalıdır"

“Uydurma erməni soyqırımını tanıyanları qınayırıq. Həqiqət yerini tapmalıdır. Türk millətinin tarixində heç vaxt utanılacaq hadisə baş verməyib”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı "dəyirmi masa"da deyib.

Səfir bildirib ki, ermənilərin Azərbaycana qarşı törətdiyi əməllər, cinayətlər qiymətini almalıdır: “Azərbaycanlı qardaşlarımıza qarşı etdiklərinə nə cavab verəcəklər? Türkiyəni soyqırım törətməkdə ittiham edənlərə demək istəyirəm ki, buyursunlar, araşdırsınlar. Yalanlar dünyadan silinməlidir. Erməniləri haqq yoluna, yalandan uzaq durmağa çağırıram. Hər kəs etdiyinin cəzasını almalıdır. Bu günə qədər 34 türk diplomatı ASALA tərəfindən qətlə yetirilib”.

Diplomat qeyd edib ki, Xocalıda qətliam törədənlər layiqli cavabını almalıdır: “Azərbaycanlıları qətlə yetirən erməniləri qəhrəman elan ediblər. Bu, dünyanın ən böyük haqsızlığıdır”.(report.az)

AzNews.az