"Düzgün icra mexanizmləri olmadan məhkəmə sistemini natamam hesab etmək olar" "Düzgün icra mexanizmləri olmadan məhkəmə sistemini natamam hesab etmək olar"

Orxan Məmmədov: “Məhkəmələr eyni və oxşar məsələlər üzrə...”

"Düzgün icra mexanizmləri olmadan məhkəmə sistemini natamam hesab etmək olar"

"Məhkəmələr eyni və oxşar məsələlər üzrə fərqli qərarlar verməklə biznes üçün gözlənilməz xərclərin yaranmasına səbəb olur. Bir sıra hallarda isə məhkəmə sistemi və icra mexanizmləri yeni çağırışlara effektiv uyğunlaşmasını tam dəstəkləmir".

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu baxımdan Agentlik kiçik və orta sahibkarların maraqlarının müdafiəsi üzrə vəzifələrin icrası zamanı bir sıra problemlərlə üzləşir: "Belə olduğu təqdirdə agentliyin fəaliyyəti sahibkarların qanuni hüquqlarının pozulması hallarının müşahidə etməklə məhdudlaşır:"Müraciətlərdə tez tez təkrarlanan hallar məhkəmə instansiyalarının qərarlarının bir- birini təqzib etməsi nəticəsində süründürməçiliyin mövcudluğu məhkəmə prosesedurlarına riayyət edilməməsi kimi hallardadir. Düzgün icra mexanizmləri olmadan məhkəmə sistemini natamam hesab etmək olar".(report.az)

AzNews.az