2018-ci ildə 100-ə yaxın vəkilə “ASAN imza” verilib 2018-ci ildə 100-ə yaxın vəkilə “ASAN imza” verilib

Vəkillər elektron imza ilə təmin olunublar

2018-ci ildə 100-ə yaxın vəkilə “ASAN imza” verilib

Bildirilir ki, “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından geniş istifadənin tətbiqi çərçivəsində Vəkillər Kollegiyasının üzvlərinin məhkəmələrə müraciətlərin elektron göndərilməsinin təmin olunması məqsədilə 2018-ci ildə 100-ə yaxın vəkilə “ASAN imza” verilib.

Eyni zamanda bu ərəfədə “Biznes mühitinin əlverişliyiliyin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində məhkəmə sistemi üzrə aparılmış islahatlarla bağlı İcra və kommunikasiya Planı”nının icrası ilə bağlı 1000-ə yaxın vəkillə “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetin imkanları və elektron müraciət qaydalarına dair təlimlər keçirilib, həmçinin bu təlimlərdə istifadə olunan vəsait geniş istifadə üçün Kollegiyanın saytında yerləşdirilib.

Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupu ilə birlikdə həyata keçirilən tədbirlər çərçivəsində vəkillərə elektron imzanın verilməsi işinə başlanılıb və bu ərəfədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumu tərəfindən 300-dən artıq vəkilə elektron imza hazırlanıb. Hazırda elektron imzaların aidiyyəti vəkillərə ödənişsiz əsaslarla təqdim olunması işinə başlanılıb.

Məlumat üçün qeyd olunur ki, “Elektron məhkəmə” informasiya sistemindən həmçinin “ASAN imza” vasitəsilə də istifadə olunur ki, bununla bağlı vəkillər bundan əvvəl həmin imzadan zərurət yarandığı təqdirdə şəxsi təşəbbüsləri ilə əldə ediblər.

Vəkillərin elektron imza ilə təmin olunması ilə bağlı məsələlərlə Kollegiyanın aparat rəhbərinin müavini Seymur Səfərova müraciət etməyiniz xahiş olunur (012-594-14-95, 055-999-23-66, seymur.safarov@barassociation.az)

AzNews.az