Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib. Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.

Rania Al Mashatın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlir

Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.

Misirin turizm naziri xanım Rania Al Mashatın başçılıq etdiyi nümayəndə heyəti iyunun 15-dən 18-dək Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıya gələcək. Bu səfər bir neçə illik fasilədən sonra Misirdən Azərbaycana nazir səviyyəsində olan ilk səfərdir.

Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.

Diplomat qeyd edib ki, səfirliyin iki ölkə arasında birbaşa uçuşların davamlılığını təmin etmək məqsədilə apardığı lazımi təbliğat və təşviqat kampaniyası çərçivəsində Misirin turizm naziri ilə Azərbaycanın rəsmi xəbər agentliklərinin, mətbuat orqanlarının və genişmiqyaslı yayıma malik televiziya kanallarının iştirakı ilə mətbuat konfransı və müsahibələr təşkil ediləcək. Həmin mətbuat konfransı və müsahibələr zamanı “Azərbaycan Hava Yollarının” cari ilin iyulun 8-dən etibarən Bakıdan Qahirəyə təşkil edəcəyi çarter reysinə, eləcə də iyulun 18-dən etibarən Bakıdan Şarm əl-Şeyx şəhərinə açılacaq digər çarter reysinə dair məsələlərə toxunulacaq.

Səfir Adel İbrahim Misir turizminin son iki il ərzində yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq beynəlxalq ekspertlərin şahidliyi ilə ölkəsində təhlükəsizliyin, sabitliyin olduğunu və turistlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi təhlükəsizlik standartlarına riayət edildiyini qeyd edib.

Diplomat Misirin turizm bölgələrini ziyarət etmək, qədim mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri ölkəsinin qəbul etməyə hazır olduğunu bildirib.(axar.az)

AzNews.az