“Azərbaycanda əhalinin sayının artması ölkədəki yüksək sosial-iqtisadi inkişafın göstəricisidir” “Azərbaycanda əhalinin sayının artması ölkədəki yüksək sosial-iqtisadi inkişafın göstəricisidir”

BMT rəsmisi: “Bu, Azərbaycandakı yüksək sosial-iqtisadi inkişafın göstəricisidir”

“Azərbaycanda əhalinin sayının artması ölkədəki yüksək sosial-iqtisadi inkişafın göstəricisidir”

Bunu BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, qurumun Azərbaycan və Gürcüstan üzrə direktoru Karl Kulessa jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, cütlüklər uşaq dünyaya gətirməyə qərar verən zaman iqtisadi vəziyyəti nəzərə alırlar: “Əksər Şərqi Avropa və Qafqaz ölkələrində cütlüklər çox uşağa sahib olmaq istəsələr də, ölkədəki iqtisadi vəziyyət buna yol vermir və onlar bu vəziyyətin yaxşılaşmasını gözləyirlər”.

K.Kulessanın sözlərinə görə, BMT-nin Əhali Fondu və Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq mövcuddur: “Fond Azərbaycanla gender məsələləri, reproduktiv sağlamlıq, sosial xidmətlər və digər sahələr üzrə əməkdaşlıq edir. Azərbaycan hökumətinin mükəmməl səhiyyə xidmətləri sistemi var. Hökumət qadınların ehtiyacı olduğu səhiyyə xidmətlərinə əlçatanlığını dəstəkləyir və biz bunu çox alqışlayırıq. Fond Azərbaycan hökuməti ilə ailə planlaşdırılması və kontrasepsiya məsələləri ilə bağlı müzakirələr aparır. Bu müzakirələr mükəmməl, konstruktiv və məhsuldar keçir”.

BMT-nin Əhali Fondunun Azərbaycanda artıq 20 ildir fəaliyyət göstərdiyini qeyd edən ölkə direktoru Azərbaycan hökumətinə təşkilatın layihələrinin həyata keçirilməsinə göstərdiyi fəal dəstəyinə görə minnətdarlığını bildirib: “Azərbaycan hökuməti BMT-nin Əhali Fondunun bəzi layihələrinə dəstək verməyə hazırdır və buna görə də Azərbaycanın Prezident Administrasiyasına mükəmməl əməkdaşlığa görə minnətdarlığımızı bildiririk. Bu, innovativ yanaşmadır. Belə ki, hətta Avropa ölkələrinin hökumətləri fondun ümumi maraqlara cavab verən layihələrinə hələ birbaşa dəstək göstərmir”.

Qeyd edək ki, K.Kulessa Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Şərqi Avropa və Mərkəzi Asiya bölgələrində əhali dinamikası və demoqrafik təcrübə” adlı regional konfransdaiştirak edib.

Tədbiri BMT-nin Əhali Fondunun Gürcüstandakı ölkə və Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisləri Gürcüstan hökumətinin dəstəyi ilə təşkil edib.

Konfransın keçirilməsində məqsəd regionda əhali məskunlaşması və yaşlanma sahəsində cari dinamika və tendensiyaların, ölkələrdə bu dinamikaya yönəlik siyasət və təşəbbüslərin müzakirə olunmasıdır.

Tədbirdə hökumət qurumları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.(report.az)

AzNews.az