Hadisə rayonun Böyük Kəsik kəndində qeydə alınıb. Hadisə rayonun Böyük Kəsik kəndində qeydə alınıb.

Ağstafada keçmiş məhkum bazarda 8 nəfəri güllələdi: 4 nəfər öldü - YENİLƏNİB

Hadisə rayonun Böyük Kəsik kəndində qeydə alınıb.

Ağstafada kütləvi qətl törədən şəxsin və ölənlərin adları məlum olub.

Kütləvi dava zamanı insanlara oldu silahdan atəş açan şəxs 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğludur.

Ölənlərin 3-ü bir ailənin üzvləridir. Bunlar Musayeva Şərqiyyə, Musayev Şəmsəddin və Musayev Novruzdur. Ölən digər şəxsin adı dəqiqləşdirilir. (APA)

12.01

Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.

Bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

11:07

Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib.

Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

image description image description image description