Artıq xaricə getməyə gərək qalmayıb Artıq xaricə getməyə gərək qalmayıb

Rauf Arifoğlu xəstəxanadan çıxdı

Artıq xaricə getməyə gərək qalmayıb

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun səhhətində problemlər yaranıb.

AzNews.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib. Baş redaktor son 3 gününü xəstəxanada keçirdiyini vurğulayıb:

“Təkrarlanan qəfil başdönmələr və aritmiya ilə Mərkəzi Gömrük Hospitalına müraciət etdim. "Mükəmməl, qayğıkeş, savadlı həkimlərimiz, dünya standartlarında xəstəxanamız var" deyə bilərəm. Eyni simptomla Londonda da xəstəxanada oldum, müayinələrdən keçdim. Türkiyədə də ən məşhur xəstəxanalarda ya özüm, ya da yaxınlarım müayinə - müalicələrdən keçiblər. Müqayisə üçün çoxlu predmet var. Birmənalı şəkildə deyirəm ki, Gömrük Hospitalı da daxil olmaqla, Azərbaycanın bir neçə xəstəxanası və xüsusi ilə həkimləri heç nə ilə geri qalmırlar. Artıq xaricə getməyə, əlavə məsrəflər etməyə heç gərək qalmayıb”.

Rauf Arifoğlu Azərbaycan həkimlərinə təşəkkür edib:

“Gömrük Komitəsinə, baş həkim Elman Məmmədova, qayğısını məndən əsirgəməyən millət vəkilimiz Rəşad Mahmudova, kardioloq Günay Hətəmova, nevpotoloq, dəyərli həkimim Lalə İbrahimova-Həsənova və bütün personala minnətdaram. Həm müayinə, həm müalicə olundum, həm dincəldim”.

Bahar RÜSTƏMLİ

AzNews.az