Mədəniyyət naziri Əbülfəs Qarayev, YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Metşild Rosler tədbirdə iştirak edir Mədəniyyət naziri Əbülfəs Qarayev, YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Metşild Rosler tədbirdə iştirak edir

“Abidə Menecerləri Forumu" öz işinə başladı - Bakıda

Mədəniyyət naziri Əbülfəs Qarayev, YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Metşild Rosler tədbirdə iştirak edir

Bu gün Bakı Konqress Mərkəzində YUNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Abidə Menecerləri Forumu" öz işinə başlayıb.

AzNews.az xəbər verir ki, forumun açılış sessiyasında Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Metşild Rosler və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov iştirak edir.

8 gün davam edəcək forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın nümayəndə iştirak edəcək.

Dünya İrs Komitəsinin 43-cü sessiyasının tərkib hissəsi kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, YUNESKO-nun Dünya İrs Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlər Xidməti ilə birgə 27 iyun - 4 iyul tarixləri arasında Bakıda Dünya İrsinin Abidə Menecerləri Forumuna ev sahibliyi edəcək.

Qeyd edək ki, Forumun gündəliyinə “Abidə Menecerləri Forumu”nun Dünya İrsi çərçivəsində və Potensial yaradılması sahəsində məqsəd və obyektləri, Dünya İrsi və Dayanıqlı İnkişaf - 2015-ci il idarəetmə sənədi ilə tanışlıq, Mədəniyyət mənzərələri və Dünya İrsinin xüsusiyyətləri nəzdindəki konservativ tətbiqlərə dair əsas təqdimat və digər mövzular daxildir.

Pərvanə Ağazadə

AzNews.az