Səhmdar cəmiyyətinin sədri vəzifəsi Leyla Məmmədovaya həvalə olunub Səhmdar cəmiyyətinin sədri vəzifəsi Leyla Məmmədovaya həvalə olunub

İnam Kərimov əmr imzaladı

Səhmdar cəmiyyətinin sədri vəzifəsi Leyla Məmmədovaya həvalə olunub

Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin (İH) üzvlərinin təyin olunması barədə əmr imzalayıb.

Əmrə əsasən, səhmdar cəmiyyətinin sədri vəzifəsi “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədovaya həvalə olunub.

Rəşad Babayev və Sərxan Sərxanov isə İH-nin üzvləri təyin ediliblər.

Qeyd edək ki, Nazirlər Kabineti iyulun 4-də “Aqrar Tədarük və Təchizat” ASC-nin Nizamnaməsini təsdiqləyib. Nizamnaməyə əsasən, yeni quruma ümumi rəhbərliyi və nəzarəti 3 nəfərdən ibarət İH həyata keçirir. İH-nin sədrini və digər üzvlərini nazir vəzifəyə təyin və vəzifədən azad edir.

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin hüquqi varisidir. Yeni kommersiya qurumunun nizamnamə kapitalı 6 milyon manat, hüquqi ünvanı isə KTN ilə eyni – Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 80-dir (Hökumət Evi).(report.az)

AzNews.az