Torpaqlarımızın azad olunması, köçkünlərimizin evlərinə qayıtmasının təmin edilməsi tələbi səsləndirildi! Torpaqlarımızın azad olunması, köçkünlərimizin evlərinə qayıtmasının təmin edilməsi tələbi səsləndirildi!

Kəlbəcər və Laçın sakinləri adından XİN-ə yazılı bəyanat təqdim edildi

Torpaqlarımızın azad olunması, köçkünlərimizin evlərinə qayıtmasının təmin edilməsi tələbi səsləndirildi!

Bu gün Azərbaycanın işğal olunmuş Kəlbəcər və Laçın rayonlarından olan bir qrup məcburi köçkünlə Xarici İşlər Nazirliyində (XİN) görüş keçirilib.

Bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində bildirib.

“Hər 2 rayonun sakinləri adından Xarici İşlər Nazirliyinə yazılı bəyanat təqdim edilib.

Torpaqlarımızın azad olunması, köçkünlərimizin evlərinə qayıtmasının təmin edilməsi tələbi səsləndirildi!”, - L. Abdullayeva qeyd edib.