Cəlilabad rayonunda yol qəzası olub Cəlilabad rayonunda yol qəzası olub

Cəlilabadda sərxoş sürücü iki dəfə qəza törədib, körpünü uçurub, mağazaları yararsız hala salıb

Cəlilabad rayonunda yol qəzası olub

Hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Ford" markalı avtomobil idarəetmədən çıxaraq "İncə" çayın üzərindəki körpünün dəmir məhəccərlərini qoparıb və körpünün bir hissəsi uçub. Daha sonra avtomobil yolun kənarındakı iki mağazaya çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da yol infrastrukturuna, avtomobilə və mağazalara ciddi ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub.

Eyni zamanda, sürücünün gün ərzində daha bir yol qəzası törətdiyi də müəyyən olunub. O, bu hadisədən bir neçə saat əvvəl idarə etdiyi "Ford" maşınının rayon mərkəzində "VAZ 21 06" markalı avtomobil ilə toqquşduğunu da etiraf edib.

Faktla bağlı araşdırma aparılır. (Report)