"Ölkə üzrə ümumi qaz hasilatında 20% artım gözlənilir" "Ölkə üzrə ümumi qaz hasilatında 20% artım gözlənilir"

Xoşbəxt Yusifzadə: “Yeni yataqlarımızın uğurla işlənilməsi...”

"Ölkə üzrə ümumi qaz hasilatında 20% artım gözlənilir"

"Yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır".

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə deyib.

“Dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşıb. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır. Digər tərəfdən yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır", - X. Yusifzadə bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20% artım gözlənilir: "Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır”.

2019-cu ilin II rübündə Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9,061 mln ton neft, 8,238 mlrd kubmetr qaz hasil edilib. Dövr ərzində ölkədən 2 421,574 mln kubmetr təbii qaz ixrac edilib. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37% təşkil edib.

II rübdə SOCAR 1,928 mln ton neft, 1,672 mlrd kubmetr qaz hasil edib.(report.az)

AzNews.az