Rəşad Atakişiyevin nəşi 27 gün sonra tapıldı Rəşad Atakişiyevin nəşi 27 gün sonra tapıldı

Pilotumuz bu gün II Fəxri Xiyabanda dəfn olunacaq

Rəşad Atakişiyevin nəşi 27 gün sonra tapıldı

Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. Mərhumun cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

Yada salaq ki, iki gün əvvəl MİQ-29 təyyarəsinin “qara qutu”su tapılaraq dənizdən çıxarılıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov hesab edir ki, qəzaya uğramış təyyarənin “qara qutusu” tədqiq edilməsi üçün Rusiyaya göndərilməməlidir. Onun fikrincə, təyyarənin “qara qutusu” tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir. Çünki 2008, 2010, 2011-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin qəzalarından sonra “qara qutular” Rusiyaya göndərilib və indiyədək qəzaların səbəbləri ilə bağlı ekspertizaların nəticələri Azərbaycan tərəfinə təqdim edilməyib.

üzeyir cəfərov ile ilgili görsel sonucu

Üzeyir Cəfərov

Ü.Cəfərov həmçinin bildirdi ki, “qara qutu”nun Rusiyaya göndərilməsi ilə bağlı məlumat dəqiq deyil. Onun fikrincə, əgər Rusiyaya göndərilibsə, MİQ-29 təyyarəsinin taleyi də əvvəlkilərin taleyini yaşayacaq.

Ü.Cəfərov dedi ki, Hərbi Hava Qüvvələrində pilotun dispetçerlə danışığı yazılır və bu səbəbdən də narahatlığa əsas yoxdur: “Əslində ”qara qutu"nun şifrə edilməsi çox ağır prosesdir. Hər ölkədə o laboratoriyadan yoxdur. Keçmiş SSRİ-də Moskvada yaradılmışdı. Qəzanın səbəbini öyrənmək üçün o laboratoriyalarda xüsusi mütəxəssislər tərəfindən öyrənilirdi. Təyyarəyə atışmı edildi, pilotun səhhətimi pisləşdi? Bu danışıqların mahiyyəti hər şeyi üzə çıxarırdı. Bu danışıq qutunun incələnməsi üçün bəs edir. Qutunun təhqiqatı xüsusi şəraitdə - yanmayan, korlanmayan lentin araşdırılması nəticəsində mümkün olur. Elə “qara qutu”lar vertolyotlarda da olur. Təyyarə hündür məsafədən düşüb və parça-parça olub. Bu xəbər isə bizə təyyarələrin “qara qutusu” barədə məlumatlara yenidən baxış keçirməyi mütləq edir".

Ä°lgili resim

Ümumiyyətlə, qorxunc qəzalar zamanı dağıntılar arasından zərər dəyməmiş şəkildə tapılan bu qutular sayəsində qazanın səbəbləri aydınlaşdırılır. Təyyarə qəzalarında təyyarə tamam parçalansa da, dənizin dibinə getsə də dərhal “kokpit” deyilən pilot kabinasındakı son danışıqları qeydə alan “qara qutu”lar axtarılır. “Qara qutu”ların rəngləri əslində qara deyil, narıncıdır. Bu rəngin seçilməsinin səbəbi dağıntılar arasından daha rahat tapılmaları üçündür.

pilotun nəşi ile ilgili görsel sonucu

Təyyarənin hissələrini “qara qutu” materialından hazırlamaq parçalanma və yanğından zərər görmə təhlükələrini önləyər, amma çox təəssüf ki, bu materialdan hazırlanmış bir təyyarə də uça bilməz. Təyyarələrin rahat şəkildə havada qala bilmələri, uzun məsafələri az yanacaqla qət etmələri mümkün qədər yüngül materialdan hazırlanmış olmalarına bağlıdır. Bu materiallar əsasən alüminium və plastiktir.

“Kokpit”dəki səsləri və uçuş məlumatlarını qeydə alan hər iki qutu paslanmayan poladdan hazırlanır. En və uzunluqları təxminən 25 santimetr, hündürlükləri 12-13 santimetrdir. Qutuların qalınlıqları isə 6-7 millimetrə qədərdir. Qutular həmçinin istiliyə və yanğına qarşı davamlı olması üçün plastiklə örtülü maye köpük ilə də təchiz ediblər.

pilotun nəşi ile ilgili görsel sonucu

Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılsa da, qeydlər aydın olaraq dinlənilə bilir. Əvvəllər qutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə qoyulurdu. Bu bölgə təyyarənin ən ağır qismi olduğundan eniş anında bu ağır parçalar qutuların üzərlərinə düşərək zərər verə bilirdilər. Sonralar qutular təyyarənin quyruq hissəsinə qoyulmağa başlanıldı. Təbii ki bu, təyyarənin quyruq hissəsindəki kreslolar insanlar üçün daha təhlükəsizdir mənasını verməz, ancaq bu yer qəza zamanı “qara qutu”ların təyyarənin qalıqlarından ən uzağa düşməsini təmin etməkdədir. (Musavat.com)