Daxili İşlər naziri əmr imzalayıb Daxili İşlər naziri əmr imzalayıb

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Daxili İşlər naziri əmr imzalayıb

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri vəzifəsinə təyin edilib.

O bundan əvvəl BDYPİ-yə tabe olan Yol Patrul Xidmət alayının 3-cü tağım komandiri olub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı saytımıza təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. (Oxu.az)