Ən əsası odur ki, ölkənin müxtəlif yerlərində və eyni zamanda xaricdə özümüzü tanıda bilmişik Ən əsası odur ki, ölkənin müxtəlif yerlərində və eyni zamanda xaricdə özümüzü tanıda bilmişik

"Bu gün dünyanın hər yerindən SƏSimiz eşidilir" – 11 yaşlı agentliyin rəhbəri

Ən əsası odur ki, ölkənin müxtəlif yerlərində və eyni zamanda xaricdə özümüzü tanıda bilmişik

Bu gün Azərbaycanın aparıcı media qurumlarından biri olan Səs İnformasiya Agentliyinin (SİA) 11 yaşı tamam olur.

Bu münasibətlə AzNews.az jurnalist, "Səs" qəzetinin baş redaktoru, “Səs Media Qrupu”nun təsiscisi və rəhbəri Bəhruz Quliyevlə əlaqə saxlayıb.

Bəhruz Quliyev agentliyin yaranma tarixi, iş prinsipi, kollektivi haqda fikirlərini bölüşüb:

“Səs İnformasiya Agentliyi ilk dəfə “Səs” qəzetinin bazasında yarandı. Agentliyin yaranmasına səbəb o dövrdə informasiyanın operativ və geniş auditoriyaya çatdırılmasına zərurətin olması ilə əlaqədardır. Sözsüz, qəzeti yaradanda düşündük ki, tarixi bir qəzetdir və müasir, qloballaşan dünyaya cavab verməlidir. Agentlik qısa müddət ərzində geniş oxucu auditoriyasını öz ətrafında cəmlədi. Peşəkar, cidd agentlik kimi Azərbaycanda öz fəaliyyəti, öz işi ilə adını tanıtdı.SİA-da təcrübəli jurnalistlər olduğuna görə, mən deyərdim yeni bir məktəb formalaşdırıb. Bu illərdə çox sayda jurnalistlərlə əməkdaşlıq etmişik. Həmçinin yeni işə başlayanların praktikaya cəlb olunması və onların informator- jurnalist kimi yetişdirilməsi, müxtəlif orqanlarda işləməsini təmin etmək üçün əlimizdən gələni etmişik.

"SİA" təkcə informasiya agentliyi kimi deyil, müxtəlif istiqamətlərdə geniş dəyirmi masalar keçirir. Regionlarda müxbirlərimiz, xüsusi bürolarımız fəaliyyət göstərir ki, bunun da sayəsində bu gün həm ölkəmizin ayrı-ayrı bölgələrindən, həm də dünyanın hər bir yerindən operativ xəbərlər çatdırırıq.

Qeyd edim ki, bu gün "SİA" üç - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Gələcəkdə müxtəlif dillərdə, müxtəlif versiyalarda fəaliyyəti genişləndirməyi planlaşdırırıq. Ən əsası odur ki, ölkənin müxtəlif yerlərində və eyni zamanda xaricdə özümüzü tanıda bilmişik.

Kollektivimiz geniş olduğuna görə, bizdə qocaman, veteran jurnalistlər üstünlük təşkil edir. 1991-ci ildən, “Səs” qəzeti yaranandan bizim elə işçilərimiz var ki, hələ də burada çalışır, əqidəyə, dövlətçiliyə xidmət edirlər”.

Səidə Vahid

AzNews.az