"Əhməd bəy Ağaoğlu bütün Türk dünyası üçün böyük işlər görmüş böyük bir şəxsiyyətdir" "Əhməd bəy Ağaoğlu bütün Türk dünyası üçün böyük işlər görmüş böyük bir şəxsiyyətdir"

Qənirə Paşayeva Türk dünyası ziyalılarına və gəncliyinə çağırış etdi

"Əhməd bəy Ağaoğlu bütün Türk dünyası üçün böyük işlər görmüş böyük bir şəxsiyyətdir"

Millət vəkili Q.Paşayeva Azərbaycan və bütün Türk dünyasının böyük şəxsiyyətlərindən Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edərək Türk dünyası ziyalılarına və gəncliyinə çağırış edib

Millət vəkili Q.Paşayeva böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfransda çıxış edib, ziyalılara, gənclərə çağırış edib. Millət vəkili Qənirə Paşayeva çıxışında Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından, türk birliyi və müstəqilliyi müdafiə etməsi kimi məsələlərdən söz açıb. Millət vəkili bildirib ki, Əhməd bəy Ağaoğlu milli oyanış, maarifçilik, Türk birliyi hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, böyük ziyalı eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Q.Paşayeva deyib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. Qənirə Paşayeva türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əhməd bəy Ağaoğlunun xüsusi yeri olan bir fikir adamı olduğunu qeyd etdi. Azərbaycanlı olduğuna baxmayaraq, Türkiyə və Türk dünyası üçün böyük fədakarlıqlar edən, Əhməd bəy Ağaoğlunun gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı, bunun üçün isə tariximizi, böyük tarixi şəxsiyyətlərimizi dərindən öyrənməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva bildirmişdir : “Əhməd bəy Ağaoğlu bütün Türk dünyası üçün böyük işlər görmüş böyük bir şəxsiyyətdir və harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk gənclərinin Əhməd bəy Ağaoğlunu yaxından tanımasına, ondan öyrənməsinə bu gün də, gələcəkdə də böyük ehtiyac olacaq. Onun fikirləri Türk dünyasının birliyi və inkişafına çağırır və gənclərimiz üçün ən gözəl örnəklərdən biridir və bu cür tədbirlər Əhməd bəy Ağaoğlunu gənc nəsillərə daha geniş tanıtmağa xidmət edir və mən təşkilatçıların hamısına təşəkkürümü bildirirəm. Özəlliklə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi, onun irsinin öyrənilməsi, daha geniş tanıdılması istiqamətində dövlət başçımız İlham Əliyevin sərəncamını yüksək qiymətləndirir və cənab Prezidentə təşəkkürümüzü bildirirəm. İnanıram ki, Azərbaycan, Türkiyə və Türk dünyası aydınları, Əhməd Ağaoğlunun gənc nəsillərimizə daha yaxından tanıdılmasında fəallıqlarını daha da artıracaqlar və bu cür tədbirlərin sayı daha da artacaq.” Millət vəkili Q.Paşayeva Türk Ocaqlarının nümayəndələrinə müraciətlə "Əhməd Ağaoğlunun Türk Ocaqlarının qurucularından biri idi və çox yaxşı olar ki qardaş Türkiyədə onun adına bir küçə və ya park olsun və həm Türkiyədə, həm də Azərbaycanda abidəsinin olması da çox vacibdir" deyib. Q.Paşayeva "inanıram ki, Türk Ocaqlarının qardaş Türkiyənin rəsmi qurumlarına müraciəti ilə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirildiyi bu il içərisində Türkiyədə də onun adının əbədiləşdirilməsi istiqamətində önəmli addımlar atılacaq" deyib. Türk Ocaqları rəsmiləri millət vəkili Q.Paşayevanın təklifini müsbət dəyərləndiriblər və bununla bağlı Türk Ocaqlarının adından rəsmi qurumlara müraciətlər göndərəcəklərini deyiblər.

AzNews.az

image description image description