Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilməsi nəzərdə tutulur Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilməsi nəzərdə tutulur

Elmar Məmmədyarovla Minsk Qrupu həmsədrləri arasında görüş başladı

Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilməsi nəzərdə tutulur

ABŞ-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

"Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb", - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri bildirib.

Qeyd edək ki, sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur. (Report)

AzNews.az