İki ölkə arasında uzun müddətdir davam edən danışıqlar yekunlaşıb İki ölkə arasında uzun müddətdir davam edən danışıqlar yekunlaşıb

"Türkiyədə yaşayan azərbaycanlıların qeydiyyat problemi həllini tapır"

İki ölkə arasında uzun müddətdir davam edən danışıqlar yekunlaşıb

"Azərbaycanlıların Türkiyədən kütləvi şəkildə deportasiyası ilə bağlı məlumatların heç bir əsası yoxdur”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb: "Bununla bağlı iki ölkə arasında uzun müddətdir davam edən danışıqlar yekunlaşıb. Bu məsələ həllini tapır. Hazırda həmvətənlərimizin sənədlərinin hazırlanması istiqamətində işlər görülür". (Report)