Gürcüstandan həmin meyvəni gətirib daha ucuz qiymətə təklif edib, gəlir əldə edə bilərlər Gürcüstandan həmin meyvəni gətirib daha ucuz qiymətə təklif edib, gəlir əldə edə bilərlər

“Brüsseldə portağal Bakı ilə müqayisədə ucuzdur” - İNHİSAR TAM ARADAN QALDIRILMAYIB

Gürcüstandan həmin meyvəni gətirib daha ucuz qiymətə təklif edib, gəlir əldə edə bilərlər

“Hazırda Bakı supermarketlərində portağalın qiyməti orta hesabla 4.5 manatdan başlayır”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov idxal edilən məhulların qiymətinin qonşu ölkələr ilə müqayisədə xeyli baha olmasına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, istehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullardan biri də portağaldır:

“Hazırda Bakı supermarketlərində portağalın qiyməti orta hesabla 4.5 manatdan başlayır. Yay aylarından yüksələn qiymət payızda da dəyişmədi. Ola bilər bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin artıq aylarla dəyişməməsi və qonşu ölkələr ilə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslar ilə izah edilə bilməz. Belə ki, qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir. Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim istehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur. Orta aylıq əmək haqqı 3,300 avro olan Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır. Avropa pulu ilə ifadədə Bakıda portağalın kiloqramı 2.38 avroya, orta aylıq əmək haqqısı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır. Bunun səbəblərini iqtisadi baxımdan izah etmək mümkin deyil. Düşünə bilərsiniz ki, niyə sadəcə bir meyvənin qiymətini müzakirə edirik. Məsələ sadəcə portağılın qiyməti ilə bitmir. Bu, əslində, ondan xəbər verir ki, hələ də xarici ticarətimiz tam liberallaşmayıb. Belə olmasaydı, sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni gətirib, daha ucuz qiymətə təklif edib, gəlir əldə edə bilərlər. Deməli, bu meyvənin idxalı ilə az sayda sahibkarlar məşğul ola bilir. Hətta bəzən rəsmi statistikada say çox görünsə də”.

Ekspert təəssüf hissi ilə bildirib ki, bu, bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur:

“CESD istehlak bazarında qiyməti region bazarları ilə müqayisədə kəskin yüksək olan məhsullar ilə bağlı monitorinq aparılaraq mətbuatda işıqlandırılmasnı və xüsusən də idxal prosesinin, yaşıl dəhlizin fəaliyyətinin monitorinqdə ictimai nəzarətin gücləndirilməsini təklif edir. Gizli iqtisadiyyatın minimumlaşdırılması, monopoliyanın tam aradan qaldırlması iqtisadiyyatın tam liberallaşdırılması ilə mümkündür”.

Bahar RÜSTƏMLİ

AzNews.az