İlin sonuna növbədə təqribən 3 min nəfər qalacaq İlin sonuna növbədə təqribən 3 min nəfər qalacaq

“Bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzil veriləcək”

İlin sonuna növbədə təqribən 3 min nəfər qalacaq

“2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzil təminatı cənab Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, 2014-cü ilin yanvarın 1-dək mənzil növbəsinə duran insanların siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutulub və nazirliyə təqdim edilib:

“Nazirliyin internet səhifəsində bu siyahı ictimaiyyətə tam açıq elan olunub. Təkcə bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək”.

Nazirin sözlərinə görə, ilin sonuna növbədə təqribən 3 min nəfər qalacaq:

“Növbəti ildə bu proqram daha da genişləndirilərək aparılacaq. Çünki cənab Prezidentin niyyəti qısa müddət ərzində, 2-3 ilə növbədə olan insanların mənzil təminatının tam şəkildə həll edilməsidir”. (APA)

AzNews.az