Bir zamanlar bu işlə daha çox Leyla və Arif Yunuslar ailəsi məşğul idi Bir zamanlar bu işlə daha çox Leyla və Arif Yunuslar ailəsi məşğul idi

"Siyasi mühacir" alverinin gizlinləri: Bu işdə erməni lobbisi daha aktiv işləyib

Bir zamanlar bu işlə daha çox Leyla və Arif Yunuslar ailəsi məşğul idi

“Bu “siyasi mühacir” biznesi ilə məşğul olanları insanların bədbəxtçiliyi üzərindən pul qazananlar adlandırıram. Bu prosesə Azərbaycandakı bəzi hüquq-mühafizə orqanları da qatıldılar. Bir zamanlar bu işlə daha çox Leyla və Arif Yunuslar ailəsi məşğul idi. Onlar məhbuslardan vaxtından əvvəl çıxması üçün yüksək məbləğdə pul alıb adlarını siyasi məhbus siyahısına salırdılar. Düzdür, siyasi məhbuslardan pul almasalar da, başqa məhbuslardan çox yüksək məbləğdə, hətta 50 min manat pul alıb siyasi məhbus siyahısına saldığı məhkumlar olub. Odur ki, bəzi hüquq müdafiəçiləri bu prosesdən zaman-zaman istifadə edib”.

Bunu hüquq müdafiəçisi Sahib Məmmədov AzNews.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, onların məqsədi bu yolla daha pul qazanmaq olub:

“Bu işdə erməni lobbisi daha aktiv işləyib. Məsələn “Front Line Effect”, PİN, Varşavadakı Helsinki Fondu, Norveçdəki İnsan Hüquqları Mərkəzi Azərbaycandan olan miqrantları müvəqqəti yerləşdirmək üçün on milyonlarla vəsait alıblar. Erməni lobbisinin sifarişini icra edənlər Azərbaycandan olan miqrantları “verbovka” edib özlərinin məqsədləri üçün istifadə edib. Həmin şəxslərdən Azərbaycana qarşı şər atmaq, söyüş kampaniyasını həyata keçirmək və sair üçün istifadə ediblər. Hətta elə olub ki, həmin təşkilatlar bir müddət bu insanlardan istifadə edib, çölə atıblar. Lakin onlar belə olanda həmin şəbəkədən uzaqlaşa bilmir. Nəticədə onların qullarına çevrilirlər”.

S.Məmmədov hesab edir ki, Azərbaycan hökuməti bu yöndə fəaliyyətini aktivləşdirməli, maarifləndirmə işi ilə yanaşı həmin təşkilatları, insanları ifşa etməlidir.

AzNews.az