Heyvanın aqoniya halında məcburi kəsiminin aparıldığı təsdiqini tapıb Heyvanın aqoniya halında məcburi kəsiminin aparıldığı təsdiqini tapıb
  • Toplum
  • 6 Dekabr 2019 13:19
  •  2 060

Sumqayıtda 227 kq xəstə mal əti aşkarlanıb

Heyvanın aqoniya halında məcburi kəsiminin aparıldığı təsdiqini tapıb

Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib.

AzNews.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaş Əliyev Taryel Xosrov oğluna məxsus Sumqayıt şəhəri, 46–cı məhəllədə yerləşən ”Misiroğlu” heyvan kəsim məntəqəsinə baxış keçirib. Heyvan cəmdəyinə (mal əti) orqanoleptik baxış zamanı heyvanın aqoniya (həyatın klinik ölümlə müşayiət olunan son akkordları- red.) halında kəsildiyi şübhəsi yarandığına görə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.

Analizin nəticələrinə görə mal əti istehlak üçün yararsız hesab olunub və heyvanın aqoniya halında məcburi kəsiminin aparıldığı təsdiqini tapıb. 227 kq istehlaka yararsız heyvan cəmdəyi Sumqayıt poliqonunda məhv edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az