Ruhun şad olsun, Ulu öndər! Ruhun şad olsun, Ulu öndər!

"Ulu öndərin miras qoyduğu Azərbaycanımız da bu gün də əmin əllərdədir"

Ruhun şad olsun, Ulu öndər!

Ulu öndərin irsi bu gün layiqincə qorunur və təmsil olunur...

Bu sözləri AzNews.az-a açıqlamasında Türkiyədə yaşayan jurnalist Oktay Hacımusalı deyib.

O bildirib ki, ulu öndər Heydər Əliyevin bizlərə əmanət qoyub getdiyi siyasi kurs bu gün böyük uğurla davam etdirilir. Onun sözlərinə görə son dövrlərdə həyata keçirilən islahatlar əslində ulu öndərin siyasi kursuna sadiq cənab Prezidentin və onun uğurlu komandasının göstərdiyi sədaqətin bariz göstəricisidir:

"Ölkə başçısının və ölkənin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın xüsusən insan kapitalına verdiyi önəm, son dönəmlərdə gənc kadrların ön çəkilməsi, mədəniyyətimizə və incəsənətimizə diqqət və qayğı, bütün bunlar hamısı Ulu öndərin əsasını qoymuş olduğu siyasətin uğurla davam etdirilməsini göstərir. Xüsusi ilə Mehriban xanımın bir qadın və bir ana şəfqəti ilə insanlara yanaşmasının özü belə onu göstərir ki, Ulu öndərin miras qoyduğu Azərbaycanımız da bu gün də əmin əllərdədir. Ruhun şad olsun, Ulu öndər! Heç şübhəsiz ki, xilas etdiyin və sayəndə çiçəklənən Azərbaycan bundan sonra da əmin əllərdədir, cənab Prezidentin, Mehriban xanımın və uğurlu komandalarının sayəsində sabahımız daha da işıqlı olacaq".

AzNews.az