Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-dək tərk edəcək Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-dək tərk edəcək

Conson qalib gəlsə, “Brexit” baş tutacaq - Britaniyanın Azərbaycandakı səfiri

Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-dək tərk edəcək

“Mövcud proqnoz odur ki, iqtidarda olan Mühafizəkarlar Partiyası parlamentdə çox yer qazanacaq”.

Bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib. Diplomat bildirib ki, ilkin nəticələrə görə, Mühafizəkar Partiyası əvvəllər əldə etmədiyi yerləri əldə edib.

Mühafizəkarlar Partiyası qalib gələcəyi təqdirdə "Brexit" prosesinin necə olacağı ilə bağlı sualı cavablandıran Ceyms Şarp bildirib ki, Mühafizəkarlar Partiyası seçki kampaniyasını "Brexit"i tamamlayaq" şüarı üzərində qurub: “Əgər onlar parlamentdə yerlərin çoxunu əldə edəcəklərsə, görünən odur ki, Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-dək tərk edəcək. Təbii ki, hələ parlament də Avropa İttifaqından çıxma Sazişini dəstəkləməlidir. Əgər mühafizəkarlar qalib gələcəksə, bu Saziş parlamentdən keçəcək”.

Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı sualı cavablandıran səfir bildirib ki, Böyük Britaniya və Azərbaycan parlament sistemləri tamamilə fərqlidir və onlar arasında paralel müqayisə doğru olmaz: "Biz ümidliyik ki, Azərbaycanda açıq, azad və ədalətli seçki görəcəyik". (APA)

AzNews.az