Müsabiqədə iştirak üçün 20 722 inşa yazısı təhvil verilib Müsabiqədə iştirak üçün 20 722 inşa yazısı təhvil verilib

Nazir dünya üçüncüsü olan şagirdə medalı təqdim etdi - FOTO

Müsabiqədə iştirak üçün 20 722 inşa yazısı təhvil verilib

Ümumdünya Poçt İttifaqı (ÜPİ) 48 ildir təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, “Azərpoçt” MMC və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti epistolyar inşa müsabiqəsi uğurla baş tutub.

Müsabiqədə iştirak üçün 20 722 inşa yazısı təhvil verilib. Builki müsabiqəyə ÜPİ tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər üçün), “Azərpoçt” tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib.

Birinci mövzu üzrə Bakı şəhəri, 132-134 saylı təhsil kompleksinin 8-ci sinif şagirdi Dadaşova Leyla Elnur qızı qalib elan olunub. ÜPİ-nin təklif etdiyi mövzu üzrə Azərbaycanda 1-ci yeri tutan Dadaşova Leyla Elnur qızına məxsus inşa yazısı Azərbaycan adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunub. Sonda 3 əsas qalib müəyyən edilib. Sevindirici haldır ki, dünya üzrə 3 əsas yerin qaliblərindən biri Azərbaycan məktəblisi Leyla Dadaşova olub və o, 3-cü yerə layiq görülüb. Bu nəticəyə görə azərbaycanlı şagird bürünc medal qazanıb. Qalib məktəblinin bürünc medalını nazir Ramin Quluzadə ona təqdim edib.

Qeyd edək ki, azərbaycanlı məktəbli yazdığı inşanı müasir dövrün ən məşhur fizik-nəzəriyyəçilərindən olan Stiven Hokinqə həsr edib. Yazıda hərəkət və danışıq qabiliyyətini itirməsinə baxmayaraq böyük uğurlar əldə edən alimin hər kəsə nümunə olmasından bəhs olunur. Müəllifin bu mövzuya müraciət etməsinin səbəbi isə qardaşının autizm sindromundan əziyyət çəkməsidir.

AzNews.az

image description image description image description