O, namizədliyini elan edən hər kəsə uğurlar arzuladı O, namizədliyini elan edən hər kəsə uğurlar arzuladı

Vüqar Bayramov da deputatlığa namizəd oldu

O, namizədliyini elan edən hər kəsə uğurlar arzuladı

Tanınmış iqtisadçı alim Vüqar Bayramov növbədənkənar parlament seçkilərinə namizədliyini ieəli sürb.

AzNews.az xəbər verir ki, V.Bayramov 2020-ci il fervalın 9-da keçiriləcək seçkilərdə 84 saylı Füzuli seçki dairəsindən müstəqil namizəd kimi iştirak etməyə qərar verib.

“Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm. Doğulduğum, boya-başa çatdığım, sadəliyi və mərdliyi ilə həmişə qürur duyduğum Füzuli camaatının məni dəstəkləyəcəyinə dərin inamla bu marafona qoşulur və namizədliyini elan edən hər kəsə uğurlar arzulayıram”, - V.Bayramov qeyd edib.

AzNews.az