Troll Allahverdi 17 avqust 1993-cü ildə Heydər Əliyevə necə ağ yalan danışırdı? Troll Allahverdi 17 avqust 1993-cü ildə Heydər Əliyevə necə ağ yalan danışırdı?

Erməni diasporunun bu qadın fəalı Aslan İsmayılovu 35-ci dairədən seçkilərə göndərir - VİDEO FAKT

Troll Allahverdi 17 avqust 1993-cü ildə Heydər Əliyevə necə ağ yalan danışırdı?

''Aslan İsmayılov' kod adlı troll Allahverdi dünən öz Facebook səhifəsində təxminən 1 saatlıq video çıxış edib. Çıxışının böyük hissəsini öz saxta, ləkəli, ermənipərəst bioqrafiyasını yenidən düzüb-qoşmağa həsr edən troll Allahverdi zahirən AXCP sədri Əli Kərimliyə qarşı çıxsa da, faktiki olaraq siyasi hakimiyyəti şantaj edib. Çıxışın xeyli hissəsini troll Allahverdi üzündən oxuyub. Buna səbəb isə o olub ki, psixi vəziyyəti uşaqlıq yaşlarından etibarən sağlam olmayan və şizofrenik həddə özünəvurğunluq duyğusu yaşayan məşhur sosial şəbəkə fırıldaqçısı öz cır səsi ilə "sinədən danışaraq" siyasi səhvə yol vermək istəməyib. Bununla belə, soyadı da müəmmalı olan həmin şəxs özü ilə bağlı əsas ittihamlara cavab verməkdən yayınıb. Məsələn:

O, özünün və oğlunun ABŞ-ın Cənubi Kaliforniya Universitetində təhsil alarkən erməni tələbə təşkilatının sədri olmuş, Cənubi Qafqazda "məxməri inqilab" projelərinin desentralizasiya istiqamətini yönəldən FBİ agenti Kristina Puşua ilə əlaqərinin üstündən sükutla keçib.

Erməni diaspor lideri Kristina Puşau Aslan İsmayılovun oğlu ilə

Kristina Puşau Cənubi Kaliforniya Universitetində Erməni Tələbə Təşkilatının sədri olaraq təşkil etdiyi seminarda

Əsl adı "Allahverdi" olan, lakin sonralar sovet dövründə hüquq-mühafizə orqanlarında işləmək üçün adından imtina edən, boyaq küpünə girərək xislətini "Aslan" adı altında gizləməyə çalışan siyasi flüger 1993-cü ilin avqustunda bütün Azərbaycanın gözü qarşısında Ulu Öndər Heydər Əliyevə ağ yalan danışması faktından da bəhs etməyib.

Məsələnin tarixçəsi belədir.

Aslan İsmayılov öz tərcümeyi-halından danışarkən qeyd edir ki, o, 1983-cü ildə Rusiyanın Krasnodar diyarında yerləşən Kuban Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Bu barədə həm Facebook səhifəsində, həm də Wikipedia internet ensiklopediyasında məlumat verir. O cümlədən “Sumqayıt- SSRİ-nin süqutunun başlanğıcı” adlı “Çaşıoğlu” nəşriyyatında 2010-cu ildə çapdan çıxan kitabının (Pdf versiyası) 5-ci səhifəsində bildirir:

“1983-cü ildə mən Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Stavropol diyarı Neftekumsk rayon məhkəməsinə stajçı göndərildim”.

Yenə həmin kitabda yazdığına görə, Aslan İsmayılov 1988-ci ilin sentyabrında məzuniyyətdə olarkən Azərbaycan SSRİ-nin Baş prokuroru İlyas İsmayılovla görüşür (səh: 12). Həmin görüşün nəticəsi olaraq o, 1989-cu ilin aprel ayının 3-də dönəmin Baş prokuroru İlyas İsmayılovun əmri ilə Azərbaycan SSR prokurorluğunda məhkəmələrə nəzarət şöbəsində işə götürülür, bir müddət sonra Bakıya köçərək yeni vəzifəsinin icrasına başlayır (səh: 13).

Beləliklə, bu faktlardan açıq-aydın göründüyü kimi, Aslan İsmayılov kod adlı şəxs Rusiyanın Stavropol vilayətindəki məhkəmə orqanlarında 5 (beş) ildən bir qədər çox, yuvarlaq desək, maksimum 6 (altı) il çalışa bilərdi.

1993-cü ilin avqust ayının 17-də Milli Məclisin canlı yayımlanan iclasında isə mərhum Heydər Əliyevə, parlamentə və xalqa Stavropol məhkəmələrində 8 (səkkiz) il çalışdığını söyləməklə ağ yalan danışır, özünü “daha təcrübəli” göstərməklə, üzvü olduğu AXC hakimiyyətini satmaqla öz vəzifəsini qorumağa, mümkünsə, yeni vəzifə almağa çalışır.

Bilirsiniz ki, həmin günlərdə Azərbaycan tarixinin ən ağır mərhələrindən birini yaşayırdı. Eks prezident Əbülfəz Elçibəy Bakını tərk etmiş, Baş nazir, parlamentin spikeri və digər vəzifəli şəxslər ya istefa vermiş, ya da rəsmi fəaliyyətlərini dayandırmışdılar. Surət Hüseynov və Əlikram Hümbətov dövlətə meydan oxuyurdular. Belə bir dar macalda Aslan İsmayılovun Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq üçün gərgin əmək sərf edən Heydər Əliyev kimi təcrübəli siyasi liderə yalan danışması isə onun əxlaqsızlığı ilə yanaşı, vətənpərvərlik hissindən nə qədər uzaq olmasının da göstəricisidir.

Həmin "ağ yalan"ın videosunu təqdim edirik:

https://bax.tv/video/67565.html

Bu gün isə redaksiyamıza kifayət qədər məlumatlı mənbələrdən "şok" informasiya daxil olub. Həmin məlumata görə, hazırda üzərində məhkumluq olan və buna görə 9 fevral seçkilərinə qatıla bilməyən troll Allahverdi hakimiyyətin ən yüksək ranqlarında olan məmurların üstünə müxtəlif elçilər göndərir, onlara "sədaqət andı" içərək, siyasi hakimiyyətdən əfv və mənsəb diləyir. Məşhur trollun təklifi isə bundan ibarətdir ki, üzərindən məhkumluq götürülsün və 9 fevral seçkiləri zamanı nəticələri ləğv olunmuş 35 saylı Xətai 3-cü Seçki Dairəsinin deputat mandatı ona verilsin. İddia edilir ki, bu ağılı onun başına məhz erməni diasporunun Tiflisdə mənzillənmiş faəlı Kristina Puşau qoyub.

AzNews.az