Taleh Şahsuvarlı: "Bu araşdırma ötən il yayılıb, nədən "şərəf və ləyaqəti" Allahverdinin yadına indi düşüb"? Taleh Şahsuvarlı: "Bu araşdırma ötən il yayılıb, nədən "şərəf və ləyaqəti" Allahverdinin yadına indi düşüb"?

Oğlu erməni diaspor fəalı ilə "yaxalanan" Aslan İsmayılov Baş redaktoru şantaja keçdi - MƏHKƏMƏ

Taleh Şahsuvarlı: "Bu araşdırma ötən il yayılıb, nədən "şərəf və ləyaqəti" Allahverdinin yadına indi düşüb"?

"Aslan İsmayılov" kod adlı Allahverdi AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlını xüsusi ittiham qaydasında məhkəməyə verib. Bu barədə jurnalist öz Facebook profilində məlumat paylaşıb. Onun statusunu təqdim edirik:

"Bir az öncə "Aslan İsmayılov" kod adlı Allahverdi ilə ünsiyyəti olan şəxslərdən biri məlumat verdi ki, bəs, sən demə əsrimizin Yamülkisi məni xüsusi ittiham qaydasında məhkəməyə verib. Doğrusu, bu günə qədər hər hansı şəkildə məhkəmədən nə mənə, nə baş redaktoru olduğum sayta bu barədə bildiriş gəlmədiyindən iddianın hara təqdim olunmasından, məzmunundan və ərizə ilə bağlı digər prosedur məlumatlardan xəbərsizəm. Ancaq həmin şəxsin dediyindən belə nəticə çıxardım ki, Allahverdinin bütün səyləri hazırda oğluna vəzifə almağa yönəlib və buna görə də Kristina Puşau ilə bağlı yazıları hüquq müstəvisində təzədən gündəmə gətirib.

Məlumat üçün deyim ki, Kristina Puşau ABŞ vətəndaşıdır, Tbilisi də layihə rəhbəri idi. Allahverdinin özü kimi ermənispərəst olan oğlu da onun layihəsinin koordinatoru idi. Bu məsələ ilə bağlı mən açıq qaynaqlarda jurnalist araşdırması aparmışam və üzə çıxarmışam ki, Puşau ABŞ-ın Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin lideri olub. Eyni zamanda, onun FBİ ilə də əlaqələri var. Bu barədə hüquq-mühafizə orqanlarına rəsmi müraciət etmişdim. İndi Allahverdinin özünə oxşamış oğlunun o ləçər erməni diaspor fəalı ilə qol-boyun şəkillərini bir daha yayıram və aşağıdakıları bildirməyi özümə borc sayıram.

1) Bu informasiyanın Allahverdinin yaxın ətrafından mənə ötürülməsində məqsəd "gözümü qorxutmaqdır". Ancaq bilsinlər ki, mən gərəkirsə, 1 il, 3 il deyil, 30 il də məhbəsdə yataram, amma nə Allahverdi kimisinin qarşısından çəkilərəm, nə də ondan üzr istəyərəm.

2) Bu araşdırma ötən il yayılıb, nədən "şərəf və ləyaqəti" Allahverdinin yadına indi düşüb? Şərəf və ləyaqəti olan, əgər böhtan atırdımsa, məni anında məhkəməyə verərdi, az qala bir ildən sonra- "təkzib vaxtı" keçəndən sonra yox!!! Deməli, məhkəməyə ərizə təqdim etməklə, faktili olaraq, məni şantaj edir, susdurmaq, peşə fəaliyyətimə mane olmağa cəhd edir!

3) Görünür, Allahverdi bu iddianı "siyasi konyuktura"ya uyğun təqdim edib məhkəməyə, ədalət sistemini şantaj etmək istəyir. Amma unudur ki, onun lideri Cəmil Həsənli, mənim liderim İlham Əliyevdir! Və heç bir məhkəmə bu qədər açıq və təkzibedilməz faktların qarşısında elə sarsaq iddianı ciddiyə almaz.

4) Mən bir ildən çoxdur ki, Allahverdini debata çağırırdım, gəlmirdi. O debat məhkəmə zalında baş tutacaq. Ona görə də vəkilimdən xahiş etmişəm ki, araşdırsın, görək iddia hansı məhkəməyə təqdim olunub. Mütləq iştirak edəcəm! Debat kimi, məhkəmədən qaçma, oğlunu da götür, gəl!!!"

image description image description image description