İlk növbədə ölkədə inhisarçılığa son vermək vacibdir İlk növbədə ölkədə inhisarçılığa son vermək vacibdir

"İşsizlik ölkədə ən ağır problemdir" -Millət vəkili

İlk növbədə ölkədə inhisarçılığa son vermək vacibdir

“Bu gün Milli Məclisdə "İşsizlikdən sığorta" haqqında qanunla bağlı müzakirədə ölkədə bütün işsizlərin bu sığortadan faydalanmasının vacibliyinə diqqət yönəltdim”.

AzNews.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışını şərh edərkən deyib:

“Konstitusiya deyir ki, dövlət hər kəsə əgər işsizdirsə, bu dəstəyi verməlidir. Xüsusilə də İşsizlikdən sığorta fonduna işlədiyi zaman vəsait ödəyibsə. Öz ərizəsi ilə işdən çıxmağa məcbur olanlar bu sığorta hüququndan yararlana bilməyəcəksə, bu qanunun effekti böyük olmayacaq. İşsizlik ölkədə ən ağır problemdir, bunu dövlətin dəstəyi ilə arzuolunan səviyyədə çözmək mümkün deyil. Ölkə prezidenti iqtisadiyyatın liberallaşmasını ona görə vacib sayır ki, artıq özəl sektor həm də işsizlik problemini həll etmə imkanı qazansın. İlk növbədə ölkədə inhisarçılığa son vermək vacibdir. Sahibkarların, biznesin üzərindən icra hakimiyyətlərinin təzyiq imkanları ortadan qaldırılmalıdır. O halda azad bazar iqtisadiyyatı özü bu problemi çözəcəkdir”.

Səidə Vahid

AzNews.az