Peyvəndləmə könüllü və dövlət hesabına aparılır Peyvəndləmə könüllü və dövlət hesabına aparılır

Oqtay Şirəliyevə peyvənd vurulub - YENİLƏNİB

Peyvəndləmə könüllü və dövlət hesabına aparılır

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub.

Nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiya olunub.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyevə də vaksin vurulub.

10:59

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulacaq.

Nazir bu gün vaksinasiya olunacaq ilk şəxslərdən biridir.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev də gün ərzində vaksinasiya olunacaqlar.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. (Report)

AzNews.az