Əfv Komissiyasının yeni tərkibi formalaşıb Əfv Komissiyasının yeni tərkibi formalaşıb

Əfv Komissiyasının üzvü: "Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir"

Əfv Komissiyasının yeni tərkibi formalaşıb

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar var. Əfvlə bağlı həddən artıq müraciətlər mövcuddur”.

AzNews.az bildirir ki, bunu “Report”a açıqlamasında komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb:

“Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi və əfv addımlarını əldə tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.