Onlar müharibə zamanı dağntılara məruz qalan rayonlara gedəcək Onlar müharibə zamanı dağntılara məruz qalan rayonlara gedəcək
  • Toplum
  • 21 Yanvar 2021 14:22
  •  3 978

Türkiyədən Azərbaycana 20 nəfərlik psixoloq heyəti gələcək

Onlar müharibə zamanı dağntılara məruz qalan rayonlara gedəcək

“Türkiyədən dəvət olunan 20 nəfər peşəkar psixoloq ölkəmizdə müharibənin fəsadlarından əziyyət çəkən vətəndaşların xidmətində olacaq”.

Bunu qonaqlarla Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva deyib.

O bildirib ki, təcrübəli psixoloqlar hələ ki, paytaxtda yerləşən tibbi müəssisələrdə fəaliyyət göstərəcəklər: “Sonrakı müddətdə isə həkim heyətinin müharibə dövründə dağıntılara, sakinləri daha çox psixoloji travmaya məruz qalan şəhər və rayonlara da gedəcəklər. Heyət üzvlərinin oradakı şəhid ailələri, qazilər və müharibənin fəsadlarından əziyyət çəkən vətəndaşlara xidmətləri nəzərdə tutulur. Bütün psixoloji xidmətlər təmənnasız göstəriləcək”. (APA)

AzNews.az