Hikmət Hacıyev mühazirə deyəcək

Yüksəliş müsabiqəsində

Yüksəliş müsabiqəsi növbəti vebinarını təşkil edəcək.

AzNews.az-ın xəbərinə görə, növbəti vebinarda Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyev mühazirə oxuyacaq. İ​ştirakçılar Hikmət Hacıyevin təqdimatında “Müasir dövlət qulluqçusu, menecment və ictimaiyyətlə əlaqələr” mövzusunda keçiriləcək vebinarda iştirak etməyə dəvət olunur.

Qeyd edə ki, vebinar 22 yanvar 2021-ci il tarixində saat 16:00-da keçiriləcək. Vebinarda iştirak etmək üçün əvvəlcədən qeydiyyat mütləqdir. Vebinara Yüksəliş müsabiqəsində növbəti mərhələlərə keçmək hüququ qazanan 728 iştirakçı qatıla bilər.
Qeydiyyat üçün aşağıdakı linkdən istifadə edin.
Link: https://bit.ly/3iCUam7