Hikmət Hacıyevə qarşı təxribat aradan qaldırıldı - FOTO

Prezidentin köməkçisi “Twitter”ə təşəkkür edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”ə təşəkkür edib.

AzNews.az xəbər verir ki, bu barədə H.Hacıyev özünün “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib ki, Ermənistan hökumət dairələri ilə əlaqəli saxta hesablar yaradılıb.

O, həmçinin öz adı ilə saxta hesablar yaradıldığını diqqət çatdırıb.

Prezidentin köməkçisi “Twitter” administrasiyasına həmin saxta hesabları bağladığına görə təşəkkür edib.