Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

Nazir müavini vəzifədən azad edildi

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.

AzNews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Elmir Vəlizadə 2007-ci ildən nazir maavini ıpostunu tuturdu.

Hazırda Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin üç müavini var: Əli Abdullayev 1-ci müavin, Rəhman Hümmətov və Rövşən Rüstəmov müavin vəzifələrini tutur.

Qeyd edək ki, Rövşən Rüstəmov bu vəzifəyə dünən təyinat alıb.