Bu gün bir çox imkanlarımız var Bu gün bir çox imkanlarımız var

“Tbilisi üçtərəfli formatda işləməyə hazırdır” - Zalkaliani

Bu gün bir çox imkanlarımız var

“Tbilisi geosiyasi əhəmiyyətli layihələri həyata keçirmək üçün Gürcüstan-Azərbaycan-Ermənistan üçtərəfli formatında işləməyə hazırdır”.

AzNews.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Türkiyədə Antalya Diplomatiya Forumunda çıxış edərkən bildirib.

Zalkaliani Azərbaycan və Türkiyənin Gürcüstanın strateji tərəfdaşları olduğunu qeyd edib: “Bu gün bir çox imkanlarımız var. Bölgəmizdən neft və qaz boru kəmərləri keçir”.

Gürcüstan XİN rəhbəri bunun praktikada əməkdaşlığın nümayişi olduğunu vurğulayaraq Tbilisinin regional əməkdaşlıq baxımından Gürcüstan-Azərbaycan-Ermənistan formatında əməkdaşlığa hazır olduğunu bildirib. Bu çərçivədə Zalkaliani, Xəzər və Qara dənizin potensialından istifadə baxımından iqtisadi əməkdaşlığın, nəqliyyat əlaqələrinin genişlənməsinə töhfə verəcək konkret layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

O, sabitlik olmadan inkişaf və firavanlıqdan danışmağın mümkün olmadığını da sözlərinə əlavə edib.

Zalkaliani Gürcüstanın Baş nazirinin köməyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilən mina xəritələri və əsirlərin dəyişdirilməsinə dair humanitar razılaşmaya da toxunub. O, tərəfləri məhdud resurslara baxmayaraq fəal işləməyə çağırıb.