Diplomat bildirib ki, bu istiqamətdə işlər son dərəcə müsbət şəraitdə davam edir Diplomat bildirib ki, bu istiqamətdə işlər son dərəcə müsbət şəraitdə davam edir

Türkiyə səfiri "3+3" formatının effektivliyinə münasibət bildirib

Diplomat bildirib ki, bu istiqamətdə işlər son dərəcə müsbət şəraitdə davam edir

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "3+3" formatının effektivliyinə münasibət bildirib.

Aznews.az xəbər verir ki, səfir açıqlamasında deyib ki, "3+3" formatı Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, İran və Gürcüstanın bu bölgədə birlikdə sülh və sabitlik içində ticarətini, iqtisadiyyatını gücləndirməyi hədəfləyən layihədir.

Diplomat bildirib ki, bu istiqamətdə işlər son dərəcə müsbət şəraitdə davam edir. Səfir vurğulayıb ki, Şərqlə Qərb arasında yerləşən bu 6 ölkə Ortaq dəhlizdə yerləşmənin üstünlüklərindən faydalanacaq və bunun nəticələrindən öz xeyirlərinə istifadə edə biləcəklər".